Əsas səhifəÖlkəMilli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi - MƏBLƏĞLƏR
PAYLAŞ

Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi - MƏBLƏĞLƏR

Ölkə 02 İyun 2020 15:23 4637
Milli Məclisin bu gün keçirilən iclasında koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələr müzakirə edilib. Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
MƏNBƏ: trend.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020