Vakant olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətçi (mülki) vəzifəsinə işə qəbulla bağlı DİN Baş DYP İdarəsinin məlumatı
Ölkə
17 iyun 2020 21:00
2985
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində vakant olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətçi (mülki) vəzifəsinə işə qəbul elan edir.
Tam orta, orta-texniki və ya ali təhsil müəssisələrini bitirmiş, müvafiq ixtisas üzrə avtomobillərin texniki istismar qaydaları, texniki vəziyyətinin yoxlanılması, xidmət göstərilməsi sahəsində bilikləri və təcrübəsi olan, kompüter və texniki avadanlıqlarla işləməyi bacaran, aydın nitq qabiliyyətli, yaşı 20-dən 30-dək, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları 30.06.2020-ci il tarixədək hər iş günü saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4 ünvanda yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Kadrlar şöbəsinə müraciət edə bilərlər.
Tələb olunan sənədlərin siyahısı:
şəxsiyyət vəsiqəsi
təhsil haqqında sənəd
hərbi bilet
əmək kitabçası (olduğu halda)
məhkumluğunun olmaması barədə arayış
Əlaqə: www.dyp.gov.az,
[email protected], +99 412 590 81 10
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər