20.07.2020-ci il tarixdə xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə
Ölkə
21 iyul 2020 14:00
3586
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 20.07.2020-ci il saat 00:00-dan 21.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1039 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 101 nəfər olmaqla ümumilikdə 1140 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 50-i paytaxt istiqamətinə olmaqla 80, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-i rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 150 avtomobil geri qaytarılıb, ümumilikdə 340 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər