Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi “Nəqliyyat Könüllüləri” proqramına qəbul olunan könüllülərlə onlayn tanışlıq konfransı keçirilib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi “Nəqliyyat Könüllüləri” proqramına qəbul olunan könüllülərlə onlayn tanışlıq konfransı keçirilib

Nəqliyyat 03 Avqust 2020 13:40 2720

Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi “Nəqliyyat Könüllüləri” proqramına qəbul olunan könüllülərlə onlayn tanışlıq konfransı keçirilib. Konfransda Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva, şöbə müdirləri və ötən ilin könüllüləri də iştirak ediblər.
Video konfransda iştirakçıları salamlayan Agentliyin aparat rəhbəri bildirib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən könüllülər dövlət qurumlarının fəaliyyətində fəal iştirak edərək öz töhfələrini verməkdədir. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib və gənclərimizin həyat tərzinə çevrilib.

Məhz gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.

Aparat rəhbəri 2020-ci il “Könüllülər ili” elan olunmasının əhəmiyyətini qeyd edərək, Bakı Nəqliyyat Agentliyinin də ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatına öz töhfələrini verdiyini bildirib. İlk könüllülük proqramı iştirakçısı olan 7 könüllü daimi işlə təmin olunub, 103 könüllü isə pandemiya dövründə icra olunan nəqliyyat əməliyyatlarının tənzimlənməsi üçün təşkil olunan ödənişli işlərə cəlb olunub.

Konfrans müddətində nəqliyyat könüllülərinin ötən il ərzində nailiyyətləri barədə danışılıb. Çıxışda pandemiya zamanı Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi maarifləndirmə tədbirlərində könüllülərin fəal iştirakı təqdirəlayiq hesab edilib və onlara hər zaman aktiv olmaları tövsiyə olunub.

Görüşdə həmçinin, Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verilib.  Bildirilib ki, könüllülər pandemiya şərtləri nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin mərkəzi aparatında və struktur bölmələrində təcrübə proqramına cəlb olunacaqlar. Könüllülərin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqların onların ixtisaslı kadr kimi formalaşmasına töhfə olacağı qeyd edilib. 

Xatırladaq ki, “Nəqliyyat Könüllüləri” proqramının məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Proqram çərçivəsində, cəlb edilən 60 nəfər gənc könüllü Agentliyin müvafiq şöbələrində 2 ay müddətində təcrübə keçəcək və sonda proqramı müvəffəqiyyətlə bitirən hər bir könüllüyə sertifikatlar təqdim ediləcəkdir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020