Əsas səhifəAvtomobil Yolları“Improtex Motors” şirkəti ilk dəfə “BMW i3” elektroavtomobilini təqdim edib
PAYLAŞ

“Improtex Motors” şirkəti ilk dəfə “BMW i3” elektroavtomobilini təqdim edib

Avtomobil Yolları 06 Avqust 2020 21:19 1990

“Improtex Motors” şirkəti tam elektrik ekoloji cəhətdən təmiz və futuristik yeni “BMW i3” avtomobilini Azərbaycanda təqdim edib. Artıq bu gündən etibarən müştərilər daha yüksək enerji sıxlığı olan litium-ion hüceyrələrindən ibarət olan 94 A/s batareyası və 33 kVt/s enerji ehtiyatı olan, 170 a.g. və 250 Nm mühərrikli BMW i3 versiyasını sifariş edə biləcəklər. Əlverişsiz hava şəraitində və ya kondisioner, istilik sistemləri işə salındıqda gündəlik istifadədə olsa da, yenilənmiş “BMW i3” bir tam enerji yığımına ən az 200 kilometr məsafə qət edə bilər.

“BMW i3” 100 km/s sürətini cəmi 7.3 saniyəyə sürətlənir. Yenilənmiş “BMW i3” öz seqmentində 12,6 kvt/100 km enerji sərfiyyatı olan idman tərzli və effektiv elektromobildir. Yenilənmiş “BMW i3” 80-dən 120 km/s-dək yalnız 5,1 saniyə ərzində sürətlənməyə qadirdir və əmin ötmələri həyata keçirməyə imkan verir. Əvvəllər bu cür sürətlənmə vaxtını yalnız daxili yanma mühərrikləri olan avtomobillər nümayiş etdirə bilərdilər.

“BMW i3” öz seqmentində yeni oriyentirlər təyin edir və özündə inanılmaz effektivliklə bütün BMW avtomobillərinə xas olan və yalnız elektrik enerjisi ilə 300 kilometrdə gediş ehtiyatını sürücülük zövqü ilə birləşdirir. “BMW i3” enerji işlətməsi təkmilləşdirilmiş detalların sayəsində əhəmiyyətli dərəcədə azaldılıb, o cümlədən elektrik mühərrikin idarəetmə sistemi və aşağı müqavimət göstərən ən yeni şinlər. NEDC testlərinə görə, yenilənmiş “BMW i3” 100 kilometrə cəmi 12,6 kVt/saat sərf edir və öz seqmentindəki bütün rəqiblərdən daha effektivdir. “BMW i3” 50 kvt gücündə daim cərəyanla doldurulma imkanına malikdir. Daim cərəyanla tez doldurulması üçün uyğunlaşdırılmış müasir enerji doldurma stansiyaları “BMW i3” batareyasını 40 dəqiqədən az müddətdə 80 faizədək doldurur.

Əlavə olaraq baza komplektasiyasında “BMW i3” sahibləri kameralı və “Stop&Go” funksiyalı kruiz-kontrol, tıxaclarda hərəkət zamanı kömək, sürət məhdudiyyəti haqqında məlumat, şəhərdə avtomatik dayanma funksiyası olan qəza hallarının və piyadaların vurmasının qarşısının alınması sistemi, eləcə də yollarda intellektual yardım sistemi olan “Driving Assistant Plus” paketini əldə edirlər.

“BMW i3”ün zəngin baza avadanlıqlarına iDrive əməliyyat sistemi, çoxfunksiyalı BMW iRemoteApp, köməkçi qızdırıcı, sürücülük rejimini dəyişdirmə, radio professional, kondisioner, dəri sükan, LED gündüz işıqlar, arxa bamper sensorları ilə parketmə sistemi “Park Distance Control” daxildir, həmçinin adi rozetkaya qoşulmaq üçün doldurma kabeli daxildir.

“BMW i3” avtomobilləri ilə A.Salamzadə 33 ünvanda yerləşən “Improtex Motors” (əlaqə: 050-207-17-60 / 050-207-17-80 / 050-207-17-90) və ya Ə.Əlizadə 5 ünvanında yerləşən “Improtex Motors Exclusive” də (əlaqə: 050-250-17-70) salonunda tanış olmaq mümkündür. Bu modelin alıcıları sürətli enerji yığma cihazını hədiyyə olaraq alacaqlar. Artıq bu ildən etibarən brend həvəskarları Hibrid modellərini də əldə edə bilərlər.

 BMW 4 il (və ya 200.000 kilometr) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir. Əlavə olaraq “BMW i” markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min kilometr), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min kilometr) ayrıca zavod zəmanəti təqdim edilir.

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanıb. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi var.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020