“Chevrolet” Corvette modelini ön baqaj səbəbi ilə geri çağırır.
İddialara görə, bir çox istifadəçi problemlə əlaqədar NHTSA saytına müraciət edib. Müraciətdən sonra Chevrolet geri çağırışa başlayıb.
Chevrolet Corvette-nin tanıtım videoları ilə tanınan Louisville Chevy Dude'nin açıqlamalarına görə, bu geri çağırış daha böyük risk ehtiva edir. Bəzi 2020 Corvette modellərinin ön baqajlarının ABŞ və Kanada təhlükəsizlik standartlarına cavab vermədiyi ortaya çıxdı.
İddiaya görə, orta mühərrikli Corvette modelləri söndürüldükdən 10 dəqiqə sonra "yuxu rejiminə" keçir. Bu rejimdə ön baqajının içərisindəki qapaq açma düyməsi işləmir. Bu vəziyyət bu bölgədə ilişib qalmış bir insanın içəridən çıxmasının qarşısını alır.
Mövzu ilə bağlı rəsmi məlumat almaq mümkün olmamışdır.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər