Əsas səhifəÖlkəİki gün ərzində 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
PAYLAŞ

İki gün ərzində 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Ölkə 08 Avqust 2020 11:25 1714

Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının ərazilərində ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunur.

AvtoYol.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, məhdudiyyət avqustun 10-u saat 06:00-dək davam edəcək. 

Qeyd olunan şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 06:00-dək davam edəcək. 

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, bu tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020