Əsas səhifəÖlkəNaxçıvana uçuşların sayı artırılır?
PAYLAŞ

Naxçıvana uçuşların sayı artırılır?

Ölkə 08 Avqust 2020 12:36 836

“Naxçıvana uçuş reyslərinin sayının artırılması istiqamətində müzakirələr gedir”.

Avtoyol.az oxu.az-a istinad edərərk xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, yaxın zamanda bununla bağlı qərar veriləcək:

“Beynəlxalq reyslər bir neçə istiqamətdə həyata keçirilir. Antalya, Bodrum və digər istiqamətlərdə əvvəlcədən bilet alanların getməsi üçün reyslər açıldı. Lakin burada arqument var ki, rayonlara getmək üçün icazə vermirik, amma beynəlxalq uçuşlar açılır. Ona görə, həmin proses bir yerdə olmalıdır”.

“Nə zaman rayonlara gediş-gəliş açılarsa, o zaman da beynəlxalq uçuşlara icazə verilər”, - deyə, köməkçi əlavə edib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020