Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Medium təkərlə Soft təkər arasında ciddi fərq yoxdur.
Mercedes sürücüləri sıralanma turundakı son cəhdlərinə Medium təkərlərlə çıxıblar və Həmilton komanda yoldaşı Bottasdan 0.138 saniyə geridə qalaraq ikinci olub.
Lyuis Həmilton: “Həftəsonuna yaxşı başladıq. Keçən həftədən çox şey öyrənmişdik və bu həftə kiçik sazlanmalarla inkişaf etdik.
Medium təkərlərlə Soft təkərlər arasında ciddi fərq yoxdur. Təkərlər çox tez qızırdı. Burada keçən həftə qalib gəlmək gözəl idi, amma mən bilirəm ki, Valtteri çox güclüdür və bunu keçən həftə də gördük. Formula1-də hər şey şey mümkündür”.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər