Əsas səhifəMaraqlı50 YAŞLI CAVAN...ZAZ 965
PAYLAŞ

50 YAŞLI CAVAN...ZAZ 965

Maraqlı 09 Avqust 2020 10:41 512

1961-ci il istehsalı olan bu avtomobil hər kəsin yaddaşında ZAPI kimi qalıb. Öz çevikliyi, kiçik həcmliliyi, dırmaşma bacarığı ilə fərqlənən balaca avtomobil. Budəfəki qoca qəhrəmanımız indiki görünüşü ilə öz cavan “tay-tuşları” ilə yarışacaq haldadır. Xarici görünüşündən onun hansı marka olduğu bilinmir, amma çəkicidir, sevimlidir. Bir sözlə, baxmamaq olmur ona. Yoldan ötənlərin, küçədəki insanların, hətta qarşıdan gələn ən bahalı avtomobil sürücüsünün diqqəti gülərək bu avtomobilə yönəlir. Həm rəngi, həm yeni quruluşu, kiçik həcmi onu sevimli edir, ona baxmağa məcbur edir. Gülümsəməmək isə mümkün deyil.

Qəhrəmanımızın sahibi Rövşən Məcidzadədir. 18 yaşı olanda bir yaxın insan tərəfindən hədiyyə olunub. Hələ 2007-ci ildə dayanacaqda dayanıb, bilinməyən gələcəyini gözləyirmiş. Ancaq Azərbaycana necə gəldiyini, kimlərin avtomobili olduğunu bilmir Rövşən. 2007-ci ildə ZAPI-nı yenidən əsaslı təmir etməyə qərar verir. Özünün dediyi kimi, detallarını tapmaq, orijinal hissələrini almaq çətin olur. Həm bahalı, həm də az tapılan olduğu üçün zaman tələb edirdi. Hətta bəzi detalları xarici ölkədən gətirilib.

İndiki vəziyyətə gələnə kimi avtomobilə 4500 manat xərc çəkilib. Rəngini də Rövşən özü təklif edib və göründüyü kimi də çəkici alınıb. Əsl yay avtomobili havasında hazırlanıb. Elə Rövşən özü də Mərdəkanda dəniz kənarında yaşadığı üçün avtomobil öz dəniz həyatını gözəlliklə yaşaya bilir. Həm də istirahətə gələnlərin zövqünü oxşayır. Rövşənin sözlərinə görə, avtomobillə şəkil çəkdirənlərin sayı-hesabı yoxdur. “Yay ulduzu”na çevrilib desək, yanılmarıq.

Orijinallığı, rəngi, quruluşu, balacalığı ilə diqqət çəkən 50 yaşlı avtomobil bu günün kupesindən, kabrioletindən daha çəkici, daha nostalji və sevimli təəssürat yaradır.

Bir sözlə, bu avtomobil haqqında danışmaqdansa, onu görmək, onunla dəniz kənarında gəzmək lazımdır. O artıq bir dəmir parçası olmaq funksiyasını sona yetirib. O, bir həyat parçasıdır. İnsanları ünsiyyətə çağıran, dilə tutan, sənə yönəltməyə vadar edəndir. İllərin gözəlliyi, pozitiv yay günlərinin simvoludur. Əziz xatirədir, nostalji hisslərdir, klassikadır.

avtomobil.az




MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020