Əsas səhifəXariciToyota Avqust kampaniyasını təqdim edir
PAYLAŞ

Toyota Avqust kampaniyasını təqdim edir

Xarici 09 Avqust 2020 15:52 1215

Toyota imkanlarını yerli modellərdə cəmləyib.

Avtoyol.az xəbər verir ki, Avqust ayında Toyota şirkətinin Türkiyədə istehsal etdiyi Toyota C-HR markalı benzin və hibrid modellərinin qiymətində endirimlər oldu. SCT təşviqi çərçivəsində Toyota C-HR hibrid və benzinli modellər, iyul qiymətləri ilə birlikdə kampaniyada öz yerlərini tutub.

Bundan əlavə, SUV seqmentinin vacib oyunçularından biri olan RAV4-in hibrid seçiminə sahib olmaq istəyənlərə də böyük üstünlüklər təklif olunur. Güzəştlərə əlavə olaraq, kampaniya zamanı hibrid versiyalar üçün qara tavan seçimindən qiymət fərqi yoxdur.


Avqust boyunca Corolla Hatchback 197.800 TL-dən, Corolla Hatchback Hibrid ise 231.300 TL-dən başlayan qiymətləri ilə Toyota Plazalarında yeni sahiblərini gözləyir. Türkiyədə istehsal olunan Toyota C-HR 192 250 TL-dən başlayan qiymətlərlə satışa çıxarılarkən, hibrit modelləri də 224.850 TL-dən başlayan qiymət etiketləri ilə Avqust kompaniyasına daxil olunub.  

Dünyanın ən çox sevilən avtomobil adını alan və yerli istehsal olan Corolla'nın benzinli versiyalarının qiyməti 161,800 TL-dən, hibrid variantlar isə 219.200 TL-dən başlayır.

Yapon markalı avtomobillərin avqust kampaniyasında 1,15%-dən başlayan qiymətlər hər büdcəyə uyğun olan 60 aya qədər kredit şərtləri ilə təqdim olunur. Bundan başqa kampaniyadan yaralnamq istəyənlər üçün markası nə olursa olsun köhnə maşınlarınızı dəyişərək yeni Toyota almaq istəyənlərə də  öz maşınlarını yeni maşınlarla dəyişmək imkanı verilir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020