Əsas səhifəXariciM.Ferstappen 4-cü yerdən narazıdır
PAYLAŞ

M.Ferstappen 4-cü yerdən narazıdır

Xarici 09 Avqust 2020 19:02 872

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, dördüncü yer istədiyi nəticə deyil.

Hollandiyalı sürücünün üçüncü olması gözlənilsə də, Hülkenberq onu qabaqlayıb və 22 yaşlı pilot Yubiley yarışına 4-cü yerdən başlayacaq.

Maks Ferstappen: “Dördüncü yer istədiyimiz nəticə deyildi. Ancaq Racing Point sürətlənib. Nikonun üçüncü olması gözəl haldır. O, peletonda olmağa layiqdir. Ümid edirəm ki, gələn il özünə komanda tapar.

Yarış tempimiz yaxşıdır. Fərqli təkərlərdən istifadə etmək bizə kömək etmədi. Soft, Medium və Hard təkərlərdən istifadə etdik. Küləyə görə bolidin balansı pis idi. Buna görə də son cəhdimdə ikinci sektorda itirdim.

Hard təkərlərlə yaxşı start almağa ümid edirəm. Hard təkər keçən həftənin Medium təkəridir. Pis olmaz. Düzdür, yerindən tərpənmədə çətinlik çəkəcəyik, amma yaxşı olacaq. Təhlükəsizlik maşınından da çox şey asılıdır. Görək nə olur. Arxadakı rəqiblərin mənə problem yaradacağını düşünmürəm”.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020