Əsas səhifəÖlkəBu gündən “Gənclik” metro stansiyasının ödəmə terminalları vətəndaşların istifadəsinə verilib
PAYLAŞ

Bu gündən “Gənclik” metro stansiyasının ödəmə terminalları vətəndaşların istifadəsinə verilib

Ölkə 11 Avqust 2020 11:41 1729

Avqustun 11-dən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə bilərlər.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələri və sosial məsafəni gözləmələri xahiş olunur. Tövsiyə edilir ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020