Əsas səhifəXariciK.Horner: Ferstappen inanılmaz idi
PAYLAŞ

K.Horner: Ferstappen inanılmaz idi

Xarici 11 Avqust 2020 12:50 884

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappen inanılmaz performans göstərərək, Yubiley yarışını qazanıb.

Hollandiyalı sürücü yarışa Hard təkərlə başlayıb və pitə gec gedərək, əsas rəqibləri olan Mercedes sürücülırinə qarşı üstünlük qazanıb və bu da ona yarışda qalib gəlməyə kömək edib.

Kristian Horner: “Maks çox güclü idi. Tempi bizim gözlədiyimizdən yüksək idi. Başqa strategiya ilə yarışa başladıq və Maks ilk dövrələrdə çox rahat idi. Tempi tez tutduq və Mercedes pitə gedib sərt təkər taxdıqda belə fərqi açırdıq.

Mercedes çox güclüdür. Ancaq bu gün gözəl performans göstərdik. Ədalətli qələbə idi. Həm temp, həm strategiya cəhətdən onları məğlub etdik və yarışdan sonra komandada özünə inam artdı”.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020