Cari ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 21,6 milyon ton, yük dövriyyəsi isə 4 milyard 877,8 milyon ton-kilometr olub. Ötən ilə nisbətən 13,7 faiz və 8 faiz azalma müşahidə edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 12 milyon 590,7 min tonu və ya 58,1 faizi avtomobil nəqliyyatı, 6,5 milyon tonu və ya 30 faizi dəmir yolu nəqliyyatı, 2,5 milyon tonu və ya 11,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 20 faizini və ya 4 milyon 332 min tonunu tranzit yüklər təşkil edib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər