Əsas səhifəXariciFerrari 812 GTO prototipi yenə diqqət çəkdi
PAYLAŞ

Ferrari 812 GTO prototipi yenə diqqət çəkdi

Xarici 12 Avqust 2020 10:31 1473

Ferrari'nin evi olan Maranello, son vaxtlar olduqca aktiv günlər keçirir. Bir neçə həftədir ki, Marnelloda gizli şəkildə  sınaqlar həyata keçirən modelin görüntüləri sosial mediada yayılıb.  

Əldə edilən görüntülərdə bir deyil, bir neçə test maşını var. Eyni prototiplərə bənzəyən bu modellər standart 812-dən daha böyük bir arxa yayıcıya malikdir. Diqqətlə baxsanız, nəqliyyat vasitələrinin ön və arxa hissələrinin də fərqli olduğunu görə bilərsiniz. Bunlar nəqliyyat vasitəsinin aerodinamikasını artırmaq üçün edilmiş kimi görünür.

Dəyişən egzoz və V12 səsi də diqqəti çəkir. Bu dəyişikliklər səbəbiylə ağıla ilk GTO  adı gəlir. Ferrari tarixində əhəmiyyətli bir yerə sahib olan bu xüsusi ad yalnız üç dəfə istifadə edilmişdir. GTO loqotipini geyən ən son model olan 599, təxminən 10 il əvvəl təqdim edilib. Ferrari'nin ən sürətli yol nəqliyyat vasitəsi olan 812 Superfast'ın təmtəraqlı GTO versiyasına sahib olması səbəbsiz görünmür.



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020