Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi: Xəttə rekord sayda avtobus buraxılıb
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi: Xəttə rekord sayda avtobus buraxılıb

Nəqliyyat 12 Avqust 2020 11:38 1966

Avqustun 12-də 163 marşrut (153 müntəzəm və 10 ekspress) üzrə 2130 ədəd avtobus xətlərə çıxarılıb ki, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir.

Avtoyol.az xəbər verir ki,  məqsəd hər gün 20-25 faiz artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1 milyon 600 mindən artıq sərnişin səfər sayı qeydə alınır.

Mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmaları xahiş edilir. Tövsiyə edilir ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər.

Nəqliyyat vasitələrinin çoxluğundan və yol nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımaların təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımaların təşkilinə mənfi təsir edir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020