Əsas səhifəXariciLucid Air 800 kilometrlik yürüş məsafəsinə malikdir
PAYLAŞ

Lucid Air 800 kilometrlik yürüş məsafəsinə malikdir

Xarici 12 Avqust 2020 11:40 1311

Lucid Air elektrik sedanı dolu batareya ilə 517 mil, yəni təqribən 832 kilometr məsafəni qət edə biləcək. Bu rəqəmlər nəqliyyat vasitələrini EPA standartlarına uyğun olaraq sertifikatlaşdıran FEV North America müstəqil mühəndislik firması tərəfindən təsdiqlənib.

Lucid şirkəti Tesla şirkətinin keçmiş baç mühəndisi Piter Roulinson tərəfindən yaradılmış startapdır. Lucid Air modelinin prototipi 2017-ci ildə nümayiş etdirilmişdi, lakin şirkət Arizonadakı zavodu inşa etməyə yeni imkan tapıb.  Lucid şirkətindən bildirlənə görə, koronavirus pandemiyası zavodun inşası və istehsala hazırlıq planlarına mane ola bilməyib. Bunun təsdiqi kimi, son 90 gündə şirkətin 160 nəfər yeni əməkdaşı işə qəbul etdiyini göstərirlər.

Lucid Air elektrokarı Tesla Model S modelindən daha güclü, sürətli və baha olacaqdır. Avtomobil 1000 at qüvvəli güc qurğusuna və 640 kilometrlik yürüş ehtiyatına malik olacaqdır. Elektrokar həmçinin 900 voltluq yükləməni də dəstəkləyəcəkdir. Roulinson Lucid Air modelinin Tesla şirkətinin flaqmanından fərqinin daha dəbdəbəli interyerinin və premium təchizatının olduğunu bildirib.

Lucid Air sedanının təqdimat mərasimi 9 sentyabr 2020-ci il tarixinə planlaşdırılıb. Sedanlar ABŞ-ın Arizona ştatındakı Kasa Qrande şəhərindəki zavodda istehsal ediləcəklər. Başlanğıc Welcome Edition versiyasının qiyməti 165.000 dollar təşkil edəcəkdir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020