Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, bolidlə bağlı problemi artıq həll ediblər.
Avstriya təmsilçisi ilk yarışlarda istədikləri nəticələri ala bilməsə də, mövsümün 5-ci yarışında Ferstappenlə axır ki, qələbə qazanıb.
Helmut Marko: “Bolid hələ də istədiyimiz kimi olmasa da, onu təkmilləşdiririk. Aerodinamik boru və CFD-dən aldığımız məlumatları tras üzərində görmürük, amma ora yaxınlaşırıq. Əsas problemi həll etmişik və bir neçə kiçik problem qalıb.
Silverstounda o qədər güclü idik ki, Mercedes bolidi limitlərdə sürməli oldu. Sıralanma turunda isə Mercedes çox güclüdür və bu qəribə hala söz tapa bilmirəm”.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər