Əsas səhifəXariciTürkiyənin yerli avtomobili Avropada satılacaq
PAYLAŞ

Türkiyənin yerli avtomobili Avropada satılacaq

Xarici 13 Avqust 2020 10:58 1348

Türkiyədə sıfırdan hazırlanan orta ölçülü TOGG (Türkiye'nin Otomobili Girişim Grubu) elektrik krossoveri Avropa bazarında satılacaqdır. Almaniyanın Handelsblatt nəşrinə bildirdiyinə görə, modelin ilk ixrac bazarı Almaniya olacaqdır.

Avtoyol.az xarici mediaya istinad edərək xəbər verir ki,  krossoverlər 18 ay ərzində montaj xəttini tərk etməyə başlayacaqlar. Keçən ay bu avtomobilin istehsal ediləcəyin təməlatma mərasimi keçirilib. Beləliklə, TOGG elektrokarının satışlarına 2022-ci ildə başlanmalıdır. Türkiyə bazarına çıxdıqdan dərhal sonra, adı hələlik açıqlanmayan elektromobili Almaniyaya ixrac ediləcəkdir. Bundan sonra, elektrokarın satışlarına qonşu Fransa və İtaliyada başlanacaqdır.

TOGG (Türkiyenin Otomobil Girişim Grubu) şirkəti 2030-cu ilə qədər beş model  təklif etməyi planlaşdırır.  C seqmentindən olan  krossoverin ardınca, istehsalçı B seqmentindən olan yığcam krossoveri, həmçinin C seqmentindən olan sedan, hetçbek və miniveni hazırlamaq niyyətindədir.

TOGG markasının ilk krossoveri iki versiyada təklif ediləcəkdir. Bunlardan birincisi arxa oxda yerləşdirilmiş 200 at qüvvəsinə malik olan elektrik mühərriki, ikincisi isə, ümumi hasilatı 400 at qüvvəsi olan hər iki elektomotor ilə təchiz edilən tam ötürməli modifikasiya olacaqdır.  200 at qüvvəli arxaçəkişli modifikasiya 100 km/saat sürətini 7.6 saniyəyə, 400 at qüvvəli tamötürməli versiya isə 4.8 saniyəyə toplayacaqdır. Qeyd etmək lazımdır ki, krossoverin güc qurğusu və batareyaları türk mühəndislərinin iştirakı ilə yaradılıb və şirkət tərəfindən patentləşdirilib.



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020