Əsas səhifəÖlkəNaxçıvanda yeni avtomobilin istehsalı başladı
PAYLAŞ

Naxçıvanda yeni avtomobilin istehsalı başladı

Ölkə 13 Avqust 2020 11:06 1391

Naxçıvan Avtomobil Zavodunda yeni “Naz Lifan L7” modellərinin yığımına başlanılıb.

Avtoyol.az  xəbər verir ki, “Naz Lifan L7” markalı avtomobillər 7 sərnişin tutumuna malikdir və iki modifikasiyada – 1,2 və 1,5 litrlik mühərriklərlə təchiz olunub, minivan tiplidir. Hazırda zavodda 6 ədəd “LF 6431” və 3 ədəd “6431 B” modellərinin yığımı başa çatdırılıb.

Zavodun əməkdaşı Rəhim İsmayılovun verdiyi məlumata görə, avtomobillər mərkəzi qapanma sistemi, güzgülərin avtomatik nizamlanması, yan şüşələrin avtomatik enib-qalxması, EPS, ABS, SRS sistemləri ilə təchiz olunub. Beş pilləli mexaniki sürət qutusu ilə təchiz olunan avtomobillərdə yanacaq sərfiyyatı 6,2 litrdir. Avtomobillər 20 min manatdan başlayan qiymətlərlə satışa buraxılacaq.

14 düymlük alüminium disklər, bütün standartlara cavab verən təhlükəsizlik və müasir işıqlandırma sistemləri ilə təchiz olunan avtomobilin rahat oturacaqları və geniş interyeri onun ən yaxşı xüsusiyyətlərindəndir. (Azərtac)



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020