Əsas səhifəNəqliyyatYeni London taksiləri artıq bu gündən işə başlayır, xidmət haqqı... — Açıqlama
PAYLAŞ

Yeni London taksiləri artıq bu gündən işə başlayır, xidmət haqqı... — Açıqlama

Nəqliyyat 13 Avqust 2020 16:06 2490

London taksiləri dünən təqdim olunub. Yəqin ki, bu gün az sayda (təxminən 10 ədədi) fəaliyyətə başlayacaq. Bakı Taksi Xidməti MMC-in taksilərinin xidmət haqqı kilometrajdan asılıdır. Bakıya yeni gətirilən taksilər premium səviyyəli taksilərə daxildir, komfort avtomobillərdir. Digər avtomobillərimiz ekonom sayılır, standartdır”.

Avtoyol.az Fed.az-a istinad edərək xəbər verir ki, bunu  “Bakı Taksi Xidməti” MMC Reklam və Marketinq departamentinin Baş mütəxəssisi Natavan Seyidzadə deyib.

N.Səyidzadə bildirib ki, xidmət haqqı avtomobil növünə görə (standart və ya komfort) müəyyən edilir: “Standart taksilər TX4 markalı taksi minik avtomobilləridir. Hər kilometr üçün qiymət aşağıdakı kimi hesablanır: 

0 km — 10 km 0.70 AZN; 10 km — 20 km 0.40 AZN; 120 km-dən başlayaraq — 0.25 AZN, 15 dəqiqədən sonra hər dəqiqə 0.05 AZN.

Bakıya yeni gətirilən Komfort taksilər isə LEVC TX markalı taksi minik avtomobilləridir. Mobil tətbiq və Çağrı Mərkəzi vasitəsilə edilən sifarişlər istisna olmaqla, ərazidən taksi götürüldükdə başlanğıc olaraq 3 azn, 2 km-dən sonra hər kilometr üçün qiymət aşağıdakı kimi hesablanır: 

0 km — 10 km 0.88 AZN, 10 km — 20 km 0.50 AZN, 120 km-dən başlayaraq — 0.30 AZN, 15 dəqiqədən sonra hər dəqiqə 0.10 AZN”.

Qeyd edək ki, yeni taksiləri “1000” nömrəsinə zəng etməklə və “Bakutaxi” mobil tətbiq vasitəsilə sifariş etmək mümkündür. (TED)


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020