Əsas səhifəÖlkəBNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb
PAYLAŞ

BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

Ölkə 14 Avqust 2020 14:13 1416

 “Bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 milyondan artıq sərnişin səfər sayı qeydə alınıb. Bu, 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14,3% çoxdur”.


Avtoyol.az Report-a istinadla xəbər verir ki,   bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qalıb. Həftənin ilk iş günü 3 əlavə ekspres xətt istifadəyə verildi. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa qəsəbəsinin metronun “Gənclik” stansiyası ilə əlaqələndirilməsi təmin olundu. Pandemiya dövründə gündəlik sərnişin səfər sayında maksimal rəqəm də bu həftə qeydə alındı. 10 avqust tarixində ümumi avtobuslarla 1 684 332 sərnişin daşınıb. Bu həftə xəttə çıxan avtobusların sayı da maksimuma çatdı. İlk dəfə xəttə 2 130 avtobus çıxarıldı.

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 15 avqust gecə 00:00-dan 17 avqust səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020