Əsas səhifəXariciChevrolet Malibu sedanı da təqaüdə göndəriləcək
PAYLAŞ

Chevrolet Malibu sedanı da təqaüdə göndəriləcək

Xarici 14 Avqust 2020 15:23 1346

Chevrolet Malibu sedanının başı üzərində qara buludlar dolaşmaqdadır. Əldə edilən məlumata görə, sedanın estafeti davamçısına ötürmək şansı çox azdır - General Motors konserni Impala modelinin ardından Malibu sedanını da təqaüdə yollamağı düşünür.

GM Authority nəşri General Motors konsernindəki qaynaqlarına istinadən daha bir Chevrolet sedanının təqaüdə göndəriləcəyini bildirib. Amerikan konserni Malibu modelinin istehsalını 2023-cü il ilindən etibarən dayandırmağı planlaşdırır. Beləliklə, tarixi 1978-ci ildə başlayan sedanın ömrünə cari, altıncı nəsli ilə son veriləcəkdir.

Krossoverlərin artan populyarlığını nəzərə alaraq, bu qərarı gözlənilməz adlandırmaq olmaz. 2019-cu ildə dünya üzrə cəmi 131.917 Malibu sedanı satılıb ki, bu da 2018-ci ildə olduğundan 8,7% azdır.

Bununla birlikdə, 2020-ci ilin ilk rübündə satışlar, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,2% artıb, lakin Chevrolet şirkəti Malibu modelinin yeni nəslinin yaradılması üçün heç bir perspektiv görmür. Bu yaxınlarda ən məşhur Chevrolet modellərindən biri olan tam ölçülü Impala sedanının istehsalına da son verilib.

62 illik istehsaldan sonra modelə olan tələbat ildən-ilə azalıb və buna görə də, istehsalçı onu konveyer xəttindən çıxararaq, daha perspektivli GMC Hummer elektrik ofrouderi ilə əvəzləmək qərarına gəlib.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020