Əsas səhifəXarici"Porsche"nin emblemi: Maraqlı fakt
PAYLAŞ

"Porsche"nin emblemi: Maraqlı fakt

Xarici 14 Avqust 2020 16:39 1167

Porsche şirkəti alman dizayneri doktor Ferdinand Porşenin şərəfinə adlandırılıb. O, bir çox ixtira və yeniliklərin müəllifi idi: hələ 1897-ci ildə o, günəş enerjisindən istifadə edən avtomobil hazırlamış, 1930-cu illərin ortalarında isə bir müddətdən sonra dünyada ən çox yayılmış avtomobilə çevrilən Volkswagen avtomaşınının layihəsini hazırlamışdı.

Porşe öz firmasını 1931-ci ildə yaratsa da, yalnız 1948-ci ildə onun oğlu Ferri firmanın istehsal etdiyi avtomobilləri atasının adı ilə adlandırmağa başladı. “Porşe” avtomobillərinin istehsalına 1950-ci ildə başlanıldı. Kompaniyanın emblemindəki şahə qalxan at orta əsrlərdə atçılıq zavodunun yerləşdiyi yerdə təməli qoyulmuş Ştutqart şəhərinin gerbindən götürülmüşdür. Buynuzlar, qırmızı və qara zolaqlar vaxtı ilə paytaxtı Ştutqart şəhəri olmuş Vürttemberq krallığının gerbindən götürülmüşdü. Müxtəlif elementləri özündə birləşdirən bu gerb 1952-ci ildən Porsche-nin emblemidir.

MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020