“Mercedes-Benz” şirkəti Rusiyadan 1 644 “G-Class” modelini geri çağırmaq qərarına gəlib.
Avtoyol.az xarici mediaya istinadla xəbər verir ki, servisə 2018-ci ilin mayından 2019-cu ilin sentyabrına kimi realizə olunmuş avtomobillər düşür.
Çağırışa səbəb isə, nəqliyyat vasitələrində diferensial kilid aktuatorları üçün idarəetmə bölməsinin spesifikasiyasındakı uyğunsuzluqdur.
Şirkət, avtomobil sahiblərinə mövcud nasazlığın aradan qaldırılması üçün, ən yaxın təmir mərkəzlərinə müraciət etmələrini tövsiyə edir.
Avtomobilin təmirə düşüb-düşməməsi barədə isə, VIN-nömrələrini “Rosstandart” portalında dərc edilən siyahıda yoxlaya bilərlər.
Bütün təmir işləri pulsuz həyata keçiriləcək.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər