Əsas səhifəXarici“Mercedes-Benz” şirkəti 1644 "Galendewagen"i geri çağırır
PAYLAŞ

“Mercedes-Benz” şirkəti 1644 "Galendewagen"i geri çağırır

Xarici 14 Avqust 2020 16:59 1600

“Mercedes-Benz” şirkəti Rusiyadan 1 644 “G-Class” modelini geri çağırmaq qərarına gəlib.

Avtoyol.az xarici mediaya istinadla xəbər verir ki, servisə 2018-ci ilin mayından 2019-cu ilin sentyabrına kimi realizə olunmuş avtomobillər düşür. 

Çağırışa səbəb isə, nəqliyyat vasitələrində diferensial kilid aktuatorları üçün idarəetmə bölməsinin spesifikasiyasındakı uyğunsuzluqdur.

Şirkət, avtomobil sahiblərinə mövcud nasazlığın aradan qaldırılması üçün, ən yaxın təmir mərkəzlərinə müraciət etmələrini tövsiyə edir.

Avtomobilin təmirə düşüb-düşməməsi barədə isə, VIN-nömrələrini “Rosstandart” portalında dərc edilən siyahıda yoxlaya bilərlər.  

Bütün təmir işləri pulsuz həyata keçiriləcək.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020