Əsas səhifəXariciİspaniya Qran Prisi: İkinci sərbəst yürüşlər
PAYLAŞ

İspaniya Qran Prisi: İkinci sərbəst yürüşlər

Xarici 14 Avqust 2020 22:27 1363

Sessiyanın başlanğıcında asfaltın istiliyi +48 dərəcəyə yükslib ki, sıralanma turun və yarış zamanı da belə olacağı gözlənilir. Buna görə də, ikinci məşqləri həftəsonunun ən faydalı sessiyası hesab etmək olar.

Komandalar uzun və qısa yürüşlərlə təkərlərin səmərəliliyini yoxlamaq üçün proqramlar hazırlayıblar. Keçən həftəsonu Britaniyada isti havada təkərlər sürətlə aşınmış, üzərlərində qabarcıqlar meydana gəlmişdi. Bu da sürücüləri çətin vəziyyətə salmışdı.

Sürücülər məşqlərə Medium və Hard təkərlə başlayıblar, sonlarda isə Soft-a keçiblər. Sessiya sakit keçib. Latifi, Elbon və Bottas trasdan çıxsalar da, yollarına davam edə biliblər. Son dəqiqələrdə isə Qrojan motorun güc itirməsindən şikayət edərək boksa qayıdıb.

Səhər olduöu kimi, Mercedes sürücüləri yenə də fərqləniblər, lakin bu dəfə üstün tərəf Həmilton olub – 1:16.883. Məşqlər sabah davam edəcək…


MƏNBƏ: f-1.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020