Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, İspaniyada təkərlər dənlənmir.
Finlandiyalı sürücü cümə sərbəst yürüşlərində ikinci olub.
Valtteri Bottas: “Yaxşı gün idi. Əvvəl bolidin ön tərəfi sürüşürdü, amma bunu sazlanmalarda düzəldə bilirik. Belə etdik və hər şey qaydasına düşdü. Komanda olaraq güclü görünürük, ancaq görək bazar günü görək təkərləri necə istifadə edəcəyik.
Testlərdən sonra bolidin fərqi barədə nəsə deyə bilmərəm, çünki hava çox istidir. Amma boliddə asfaltayatma qüvvəsi çoxdur.
Bu gün təkərlərimizdə dənlənmə olmadı. Burada təkərlər dənlənmir, yeyilir. Bu da bizimçün yaxşı haldır. Cümə günü bütün təkərlərlə sürdük və yaxşı məlumatlar topladıq”.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər