Əsas səhifəMaraqlıBMW 321
PAYLAŞ

BMW 321

Maraqlı 15 Avqust 2020 11:43 785

Gənclik metrosuna yaxın, Həsən Əliyev küçəsində yaşlı bir “alman” dayanır. Müharibə illərini görüb, o dövrün, zamanın hər üzünü görüb gəlib bu dövrə. Almaniyadan bir azərbaycanlı ilə birlikdə 1949-cu ildə Sovet Rusiyasına, oradan isə 1950-ci ildə Bakıya gəlib çıxır.

BMW 321 sport modelini istehsal edən zavod 1930-cu ildən 1936-cı ilədək fəaliyyət göstərib. Bu avtomobilin də dəqiq hansı ilə aid olduğu məlum deyil. 6 silindrli gücləndirilmiş mühərriki var. Motorun həcmi 2 litrdən çox, yanacağı benzin, maksimum sürəti 140 saat/km-dir, amma Fərman Tağıyev 120 sürəti  ilə idarə edib hələ. Sürət qutusu 5 pilləlidir. Avtomobilin bütün detalları hamısı özünündür. Sözün düzü bunu almışdıq ki, düzəldək və sataq. 2004-cü ildə 150-180 min dollar idi. Almaniyadan bu avtomobillərin qiymət siyahısı gələndə gördük ki, 1000 ballıq sistemlə bu BMW 321 sport 925 bala cavab verirdi. Motoru, disklər, demək olar, əsas detallar və hissələr özünündür. Bunların da müxtəlif modifikasiyaları olur. Çəkisi ağır deyil, 2 tona yaxındır, salonun ayaqaltısı palıd ağacından hazırlanan taxtadandır.

Avtomobil Bakıya 1950-ci ildə gəlib çıxıb. Bir azərbaycanlı mayor Almaniyada hərbi xidmətdə olub və xidməti qarşılığında hərbçilərə avtomobil verilib. Mayor rütbəsi olanlara BMW 321 sport, daha yüksək rütbəlilərə isə BMW 340 modelini veriblər. BMW 340 bundan fərqli olaraq, dörd qapılıdır. Beləcə, BMW 321 sport zavoddan istehsal olunandan azərbaycanlı hərbçinin ixtiyarındadır.  Bütün detalları, aksesuarlar özünündür. Öz rəngi də qara olub, amma sonradan qara rənglə yenidən boyanıb.




TEQLƏR: BMW 321
MƏNBƏ: avtomobil.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020