Əsas səhifəXariciİspaniya Qran Prisi: Üçüncü sərbəst yürüşlər
PAYLAŞ

İspaniya Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Xarici 15 Avqust 2020 17:35 1341

Sıralanma turunun böyük əhəmiyyət daşığıdı Barselonada hava növbəti iki vacib sessiya üçün də proqnozlaşdırıldığı kimi, isti olub. Lakin əksər komandalar proqramlarının böyük hissəsini dünən yerinə yetirdiklərindən, trasda intensivlik nəzərə çarpmayıb.

Medium və Soft təkərlərlə işləyənlər çoxluq təşkil edib. Hard təkərlər çox sərt olduğundan və sürüşdüyündən, az istifadə olunub. Rəykkönen asılqanlarda edilən dəyişikliklərə görə sessiyanın böyük hissəsini boksda keçirib. Sakit keçən məşqlərin sonlarında Maqnussenin Okonun önündə qəfil əyləcə basması fransız sürücünün qəza etməsinə səbəb olub.

Okon müayinə üçün tibbi mərkəzə göndərilib, akin onun səhhətində heç bir problem aşkarlanmayıb. Renault mexaniklərinin üzərinə sıralanma turunun startına qədər xeyli iş düşür.

Protokollara 1:17.222-lik nəticə ilə Lyuis Həmilton başçılıq edib. Bottas ona cüzi fərqlə, Ferstappen isə yarım saniyə uduzub.

Sıralanma turu Bakı vaxtı ilə 17:00-da başlayacaq…



MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020