Əsas səhifəMaraqlı"Qadın sürücülər insanlarda çox mənfi aura və mənfi fikir yaradır"
PAYLAŞ

"Qadın sürücülər insanlarda çox mənfi aura və mənfi fikir yaradır"

Maraqlı 15 Avqust 2020 19:50 2730

Bu gün cəmiyyətimizdə sükan arxasında əyləşən qadınların sayı getdikcə artmaqdadır. Bir neçə il bundan qabaq avtomobil sürən qadınlara tək-tək rast gəlinirdisə, indisə bu tam normal bir hala çevrilmişdir.

Bəs cəmiyyətimizin qadın sürücülərə münasibəti necədir? Avtoyol.az saytı olaraq keçirtdiyimiz onalyn sorğu nəticəsində müxtəlif yaş kateqoriyasına aid şəxslərin fikirlərini öyrəndik. 

Səbinə Həsənova:  Mənim uşaqlıq xəyallarımdan biri məhz avtomobilimin olmasıdır. Bu məncə qadının öz ayaqları üstündə durmağının, özünəinamın sübutu olar.

Zeynəb Qasımova: Qadın sürücülər insanlarda çox mənfi aura və mənfi fikir yaradır.

Elxan Qəmbərov: Qadının avtomobil idarə etməsi müsbət bir haldır. Yəni kişi necə maşın sürürsə, qadının da maşın idarə etməyə haqqı vardır. 

Bəhruz Rzayev: Maşın kişi üçündür.

Lamiyə Səlimova: Qadının avtomobil idarə etməsi onlar üçün bir üstünlükdür. Komfortlu şəkildə istədiyin yerə gedə bilirsən. Sənə heç kim mane olmur. Ən əsası isə avtobus, metro problemin həll edilmiş olur.

Aytac Əsgərli: Şəxsi avtomobilin olmasının çox böyük üstünlüyü var. Hər hansı bir yerə gedərkən əziyyət və çətinlik çəkmirsən. 

Vasif Ağaqulizadə (ad şərtidir): Məntiqlə düşünəndə burada heç nə yoxdur. Amma biz kişilərdə sükan arxasında qadın deyilən kimi ilk ağıla gələn seks olur. Və belə qadına ilk baxışdan “barmaq arası” baxırıq.

Şəhriyar Ağayev: Şəhərin problemi hamıya məlumdur. Günün pik vaxtları olur. İctimai nəqliyyatda sıxlıq yaşanır. Burda isə hər tip insana rast gəlmək mümkündür. Hətta insanlara qəsdən yaxınlaşan tiplər vardır. Qadının rahat və təhlükəsiz hərəkət etməsi üçün şəxsi avtomobilinin olmasını daha məqsədəuyğun hesab edirəm.  

Güldəstə Quliyeva (ad şərtidir): Nəinki qadın, bütün insanlar çalışmalıdır ki, öz şəxsi istifadə edə biləcəyi əşyası olsun. Şəxsi avtomobili olan qadın, hər hansı bir yerə getmək üçün yoldaşını, atasını və s. gözləmir ki, evə gəlsin, boş olsun onu aparsın. Özü gedir. Azərbaycanda rayon yerlərində qadının sükan arxasında əyləşməsi bir o qədər yaxşı qarşılanmır. Amma düşünürəm ki, şəhərdə artıq normal bir hal kimi qəbul edilir.

Dilbər Sultanova: Özüm avtomobil idarəçisiyəm. Maşın qadına  kişidən daha vacibdir. Çünki uşaqların məktəbə aparılması, ev üçün ərzaqların alınması və s. demək olar ki, hamısı qadının üstündədir. Qadınlar bəzən qadın sürücülərə paxıllıq da edirlər.

Elsevər Cəlilov: Qadının maşınının olmasının üstünlüyü yoxdur. Ailədə kişinin maşını varsa, bu bəsdir. O yoldaşını avtomobili ilə gəzdirə də bilər, işə də apara bilər.

Ceyhun Qurbansoy: Qadınların şəxsi avtomobilinin olması birmənalı şəkildə vacibdir. Avtobusda, metroda kimlərəsə toxuna-toxuna getməkdənsə öz maşını ilə hərəkət etməyi daha yaxşıdır.

Aytac Qasımova:  Avtomobil idarə etmək mənim ən böyük arzumdur. Təxminən 3-4 il əvvəl  real olmuş bir hadisəni nəzərinizə çatdırmaq istəyirəm. Yaxın ailənin son beşiyi, 18 yaşlı bir qız övladı var idi. Və bu qızın qardaşları ondan 10-15 yaş böyük olardı. Qardaşları qadının maşın idarə etməsini sevmirdi və ona icazə vermirdilər. Lakin qızın avtomobil idarə etməyə olan həvəsi onu maşının idarə edilməsini öyrənməyə gətirib çıxardı. Bir gün  evdə tək olarkən, qəfildən atası infakt keçirib. Təcili həkim lazım olub. Qız ilk dəfə olaraq atasının avtomobilini magstral yolda idarə edib. Xəstə sağaldıqdan sonra həkim bildirib ki, əgər bir azda gecikmə olsa idi, xəstənin vəziyyəti daha ağır olardı. Qadının avtomobil idarə etməsinin nəyi pisdir ki? Əgər həmin vaxt maşın sürməyi bilməsəydi, atasını bəlkə də itirə bilərdi. Məncə qadının avtomobil idarə etməsi olduqca müsbət haldır.

Ramin Mirzəyev hesab edir ki, avtomobil idarə edən xanımlar sürücülük qaydaların əməl edirsə, təbii bir haldır.

“Son illərdə sürücü qadınlar çoxluq təşkil edir. 10-15 il əvvəl qadının sükan arxasında əyləşməsini cəmiyyət birmənalı qarşılasa da hazırda gözlər öyrəşib. Sükan arxasında əyləşən qadın olduqca diqqətli olur. Və avtomobili həssaslıqla idarə edir. Azərbaycanda ictimai nəqliyyatda bəzi insanlar etik qaydaları gözləmir, kobudluq edir, nalayiq sözlər səsləndirilər. Bunlar günümüzdə qaçılmaz bir haldır. Düşünürəm ki, daha çox qadınların avtomobildən, kişilərin ictimai nəqliyyatdan istifadə etmələri doğru olar.”

Sorğudan da məlum olur ki, insanların fikirləri müxtəlifdir.

Psixoloq İlahə Dəmirbəyli bildirir ki, hər hansı bir sahədə cins bölümünün edilməsi həmin sahədə bizim əskikliklərimizin meydana çıxmasına səbəb olur. 

“Əgər biz nəzərə alsaq ki, insanlar bir-birini öz düşüncəsi ilə digərinin də yaşamağına şərait yaratmağı sevir.  Bəli, o zaman bunu qınaq obyektinə çevirən insanları başa düşə bilərik. Çünki onlar istəyirlər ki, bir fikir olsun və hamı o fikirə uysun.  Qadın zorakılığı üçün əlverişli məkanlardan biri məhz ictimai nəqliyyatdır. Qadın sürücülərinin sayının artması, ictimai nəqliyyatda onlara qarşı olan zorakılıq hallarının azalmasına səbəb olub. Texnikanın idarə edilməsi sadəcə müəyyən metodlardan ibarətdir. Bu metodu istər kişi, istərsə də qadın öyrənə və tətbiq edə bilər. Qadın sürücülərə aqressiv davranan bir qadına maşın hədiyyə etsək onların heç biri, bunu geri çevirməzlər.  Kişilər qadın sürücüləri qısqanırlar. Onlar düşünür ki, qadın onların işini görür, onların işinə mane olur. Bunu qadın edə bilməz, bunu kişi edə bilməz deyib cins bölümünü göz önündə saxlayacağıqsa,  hər hansı bir sahədə əskikliklərimiz, problemlərimiz olacaq.  Gəlin insanları öz düşüncələri, öz xəyalları, öz yaşam tərzlərinə görə rahat buraxaq.  Əgər biz bunu qəbul etmiriksə özümüz etməsək daha yaxşı olar.”-deyə psixoloq əlavə edib. 

Sonda qeyd etmək istəyirik ki, qadınlar da hər bir sahədə uğur qazana bilərlər. Sadəcə istəmək lazımdır. Cəmiyyət isə buna qarşı çıxmaq əvəzinə, qadınlarımızı dəstəkləməlidir. Yetər ki, bu yolda öz ləyaqətlərini unutmasınlar. Pul onları azğınlaşdırmasın.

Sənan İmanov

MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020