Əsas səhifəMaraqlıMercedes-Benz krəş-test manekenlərinin həyatından bəhs edən serial çəkib
PAYLAŞ

Mercedes-Benz krəş-test manekenlərinin həyatından bəhs edən serial çəkib

Maraqlı 17 Avqust 2020 11:17 1577

Mercedes-Benz, qəza sınaqlarında iştirak edən manekenlərin həyatından bəhs edən komediyalı serialın ilk hissəsini yayımlayıb. Birinci seriya əyləc sisteminin sınanmasına həsr olunub.

"Xoşbəxt Gün" adlanan ilk epizod, tamaşaçıları Mercedes-Benz şirkətinin müasir təhlükəsizlik sistemlərini sınayan iki manekeni - Fred və Tommi ilə tanış edir. Fred hər cür texniki sınaqlarıda iştirak etmiş əsl veterandırsa, onun şən həmkarı Tommi gəncdir və yeni testin başlanmasını səbirsizliklə gözləyir.

Seriya əyləc sisteminin sınaqlarına həsr olunub: test zamanı nə avtomobil, nə də test yürüşünün iştirakçıları zərər çəkməyəcəklər. Bu həqiqət Fredi çox məyus edir, çünki o, qəza sınaqlarının manekeni olmaqdan qürur duyur və toqquşmaları sevir.

Qısa müddətli hərəkətdən sonra avtomobil qəfil dayanır ki, bu da, əyləc sisteminin sınaqdan uğurla çıxdığını göstərir. Fred, öz növbəsində, bu günü həyatının ən pis günü adlandırır. Ancaq gənc Tommi onu təsəlli etməyə çalışır və növbəti bölümdə oturacaqların qızdırılmasını sınayacaqlarını söyləyir. Bunu eşidən test sınaqlarının veteranı o dəqiqə qəzəblənir.

May ayının ortalarında Avropanın krəş-testləri həyata keçirən Euro NCAP təşkilatı avtomobillər üçün test protokollarının genişmiqyaslı yeniləməsini elan edib. İlin sonuna qədər qəza testi proqramına kiçik avtomobilin daha böyük avtomobillə toqquşmasının təqlidi, habelə uzaq məsafələrə səyahət edən sərnişinlər üçün test də daxil olmaqla bir neçə yeni test əlavə ediləcəkdir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020