M10 ekspres marşrut xətti üzrə “BakıKart”ın balansının artırılması məqsədilə Mərdəkan qəsəbəsində 2 ünvanda POS-terminal qoyulmuşdur. POS-terminalların qoyulduğu ünvanlar barədə sxemdən məlumat əldə edə bilərsiz.
Avtoyol.az xəbər verir ki, karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M10 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər