Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Avtoyol.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır: "Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik".
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər