İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.
Avtoyol.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə,rayon daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.
Onlarla profilaktik söhbətlər aparılıb və qoruyucu maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Eləcə də, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib. Reyd zamanı qaydaları pozan 8 sürücü və sərnişin barəsində cərimə protokolu tərtib olunub.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər