Əsas səhifəÖlkəYanacaqdoldurma məntəqələri sürücülərin “cibinə girir”: “Milyardlarla vəsait...”
PAYLAŞ

Yanacaqdoldurma məntəqələri sürücülərin “cibinə girir”: “Milyardlarla vəsait...”

Ölkə 18 Avqust 2020 11:02 1635

“Hər on litrlik benzindən orta hesabla bir litr oğurlayırlar”

“Lukoil”un yanacaqdoldurma məntəqəsində tutumu 75 litr olan avtomobilin çəninə 82 litr yanacaq vurulub.  Bu iddia ilə Azərbaycan Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri, tanınmış jurnalist Vamiq Nəsirov sosial şəbəkə hesabında yazıb: “Lukoil”un yanacaqdoldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq “vurdular”. Üstəlik, çəndə ən azı 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər - “Nə var odur”. O qədər əmin və qəti cavab verdilər ki, özümdən və “Hyundai” şirkətindən şübhələndim. Dedim, yəqin, “Hyundai” “bezrazmer” yanacaq çəni istehsal edib, müştəriləri məlumatlandırmayıb”. 

Etiraf etmək lazımdır ki, bu, ilk belə hal deyil. Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru bu barədə “Sherg.az”a fikirlərini bildirib. Onun sözlərinə görə, bu, yeni problem deyil: “Biz illərdir, həmin məsələ haqqında danışırıq. Elə bir sürücü tapılmaz ki, oxşar hallarla qarşılaşmasın. Yanacaqdoldurma məntəqələri gözümüzə baxa-baxa “cibimizə girir”. Özü də korrupsiya ilə mübarizənin bu qədər gücləndiyi bir vaxtda. Yanacaqdoldurma məntəqələri illərdir, milyardlarla vəsait oğurlayırlar, amma onlara qarşı heç bir tədbir görülmür" . 


MƏNBƏ: avtosfer.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020