Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,822 mlrd manat təşkil edib.
Avtoyol.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,9% azdır.
Hesabat dövründə 715,9 min ton həcmində avtomobil benzini, 1,304 mln ton dizel yanacağı, 14,7 min ton sürtkü yağları, 172,4 min ton neft bitumu istehsal edilib. Avtomobil benzini istehsalı 0,3%, dizel yanacağı istehsalı 4,4%, sürtkü yağlarının istehsalı 18,5%, neft bitumunun istehsalı 30,2% artıb. İlin 7 ayında ölkədə 159,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 280,3 min ton ağ neft, 41,8 min ton yanacaq mazutu, 126,9 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 6,6%, ağ neftin istehsalı 20,1%, yanacaq mazutunun istehsalı 34%, neft koksunun istehsalı 12,1% azalıb.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər