Əsas səhifəXariciFord Ken Maylzın qələbəsinə həsr edilmiş xüsusi GT modelini hazırlayıb
PAYLAŞ

Ford Ken Maylzın qələbəsinə həsr edilmiş xüsusi GT modelini hazırlayıb

Xarici 18 Avqust 2020 15:51 2180

Ford şirkəti Ken Maylzın Daytonada keçirilən 24 saatlıq marafonda qələbələrinin 55-ci ildönümü şərəfinə hazırlanmış məhdud saylı GT Heritage Edition seriyasını təqdim edib. Bu hadisələr 2019-cu ildə çəkilmiş “Ford vs Ferrari” filmində də göstərilmişdir. Bununla bərabər, amerikan istehsalçısı GT Heritage Edition nəşri ilə yanaşı 40 nüsxədə buraxılacaq Studio kolleksiya nəşri də hazırlanacağını elan edib.

Avtoyol.az autograph.az-a istinadla xəbər verir ki, Xüsusi Ford GT Heritage Edition modeli FrozenWhite ağ mirvari rənginə boyanıb, yan tərəflərdə və qapı panellərindəki 98 yazılmış yumru formalı naxışlara malikdir, 20-düymlük Heritage Gold diskləri və altıpoşenli Brembo supportları olan karbon-saxsı əyləcləri mexanizmləri ilə təchiz edilir. Hava kanalları olan kapot da karbondan hazırlanır.

İnteryer qırmızı vurğuları olan qara rəngli alkantara ilə üzlənib. Eyni rəngə idman oturacaqları və ötürmələr qutusunun sükaltı dəstəkləri də malikdirlər. Superkar üçün tərkibinə qara rəngli supportları olan karbon-saxsı əlyəc diskləri daxil olan Heritage Upgrade dəsti də daxildir.

2021 və 2022-ci illərdə satışa çıxarılması planlaşdırılan Ford GT Studio Collection versiyasına gəldikdə isə, avtomobil istehsalçısının bildirdiyinə görə, bu seriyadan olan model "sonsuz rəng birləşmələrini təklif edən genişləndirilmiş palitra" və bir sıra konstruktiv xüsusiyyətləri ilə təqdim ediləcəkdir.

Bu, Heritage Edition seriyasından olan ilk GT modeli deyil. Məsələn, 2016-cı ildə, qara-gümüşü yarış livreyasına, xüsusi 20-düymlük təkər disklərinə, 1966-cı ilin GT40 Mark II modelinə ithaf edilmiş “2” nömrəsinə malik olan  Ford 66 Heritage Edition modelini təqdim edib.

2017-ci ildə isə, 1967-ci ildə Dan Qarni və Ey Cey Fort tərəfindən idarə edilən və 24 saatlıq Le Man marafonunda qalib gələn GT40 kupesinə həsr olunmuş GT 67 Heritage Edition modeli təqdim olunub. Bu avtomobil qırmızı zolaqları olan ağ kuzov rəngi və "1" nömrəsi ilə fərqlənirdi.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020