Əsas səhifəXariciYüklərin dəmir yolu vasitəsilə İran ərazisindən daşınması haqqında Rusiya və Hindistan ilə razılıq əldə edilib
PAYLAŞ

Yüklərin dəmir yolu vasitəsilə İran ərazisindən daşınması haqqında Rusiya və Hindistan ilə razılıq əldə edilib

Xarici 19 Avqust 2020 10:44 2879

Rəsmi Tehran yüklərin İran ərazisindən tranzit olaraq dəmir yolu vasitəsilə daşınması haqqında Rusiya və Hindistan ilə razılıq əldə edib.

Avtoyol.az Azərtac-a istinad edərək xəbər verir ki, bu barədə İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səid Rəsuli mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, ötən il Rusiya və Hindistan İran ərazisindən 513 milyon ton yük daşıyıb ki, bunun da 208 milyon tonu dəmir yolu ilə daşınıb.

Nəzərə çatdırmaq lazımdır ki, qeyd olunan yüklər qatarla Rusiyadan Azərbaycan ərazisindən tranzit olaraq keçərək İrana daxil olur və Çabahar limanından Hindistana göndərilir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti tam hazır olduqdan sonra yükdaşımaların həcmi daha da artacaq. Hələlik bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Yaxın gələcəkdə yolun Rəşt-Astara hissəsi də tikilib istifadəyə veriləcək. Bundan sonra İran ilə Azərbaycanın dəmir yolu sistemləri birləşəcək. Hazırda Azərbaycan ilə İranı birləşdirən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu fəaliyyət göstərir.

Çabahar limanını İranın şimal bölgələri ilə birləşdirəcək Çabahar-Zahidan dəmir yolunun inşasına başlanılıb. Bu yol da gələcəkdə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə birləşəcək. Qeyd olunan yollar tam hazır olduqdan sonra Hindistandan Çabahar limanına daxil olan yüklər qatarla İran, Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020