Əsas səhifəÖlkəYolun ortasında qalan ağaclar
PAYLAŞ

Yolun ortasında qalan ağaclar

Ölkə 19 Avqust 2020 15:50 1066

Bakıda avtobuslar üçün ayrılan yeni dayanacaq yeri diqqəti çəkib. 

Məsələ ilə bağlı fotolar sosial şəbəkədə paylaşılıb. Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxcivanski küçəsindən gedir. Məlumatda qeyd olunub ki, son illər ərzində yüz minlərlə yaşlı ağac müxtəlif səbəblərdən məhv edilib:

“Ağacların kəsilməsi məsələsini hər kəs bilir. Lakin, bu qeyri-adi addım ilə adiyyatı qurum təbiəti qoruduğunu göstərmək istəyib. Avtobuslar üçün dayanacaq təşkil edilib və guya təbiəti qorumaq məqsədilə bu iki ağacı kəsilməyib. Ağaclar da indi anormal formada qalıb yolun ortasında. İndi bu nə yoldur, nə dayanacaq, nə də səkidir”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib. O bildirib ki, sosial şəbəkədə yayılan fotolarla əlaqədar agentliyin əməkdaşları əraziyə baxış keçirib:

“Hazırda əməkdaşlarımız tərəfindən məsələ araşdırılır. Nizami rayonu Cəmşid Naxcivanski küçəsində AAYDA tərəfindən asfalt örtüyü çəkilməyib. Məsələ tərəfimizdən araşdırıldıqdan sonra ictimaiyyətə yekun məlumat veriləcək”.


MƏNBƏ: oxu.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020