«Kia»nın ən çox satılan modellərindən biri olan «Rio»yeni dlizaynla təqdim edilib.
Avtoyol.az fed.az-a istinad edərək xəbər verir ki, Kia-nın Rusiya ofisi yenilənmiş Rio sedanının ilk şəkillərini açıqlayıb. Bildirilir ki, avtomobilin dizaynı xüsusi olaraq Rusiya üçün, alıcıların istəklərini nəzərə alaraq hazırlanıb.
Belə ki, yeni «Rio»da qabaq və arxa bamperlər daha dalğalı olub, uzunluğu isə 2 santimetr artıb.
Maşının radiator barmaqlığı da dəyişib, aşağı hava qəbul edici daha da genişlənib.
Avtomobilin damında isə akula üzgəci formasında antenna quraşdırılıb, maşının rəngindən asılı olmayaraq antenna qara rəngdə olacaq. Avtomobilə 15 və ya 16 düymlük disklər quraşdırılacaq. Bütün bu dəyişikliklər nəticəçində Rio daha idman stilli görünməlidir. Salonun dəyişməsi haqqında isə məlumat verilməyib.
Yeni «Kia Rio»nun 1,4 litrlik (100 at gücü) mühərriklə baza komplektasiyasını Rusiyada 805 min rubla (11500 dollara) almaq olar.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər