Əsas səhifəXariciGürcüstanın avtomobil ixracının 62%-i Azərbaycanın payına düşüb
PAYLAŞ

Gürcüstanın avtomobil ixracının 62%-i Azərbaycanın payına düşüb

Xarici 20 Avqust 2020 13:16 1352

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın avtomobil ixracının dəyəri illik müqayisədə 42,2% azalaraq 198 509,6 min ABŞ dolları təşkil edib.

Avtoyol.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə bu kateqoriya üzrə ixrac ölkənin ümumi ixracının 11,3%-ni təşkil edib. 2019-cu ildə isə Gürcüstan 343 689,7 min dollar dəyərində avtomobil ixrac edib və onun ölkənin ümumi ixracında payı 16,3% təşkil edib.

Hesabatda qeyd olunub ki, cari ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 122 211,7 min dollar dəyərində avtomobil ixrac edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 443,1 min dollar və ya 0,4% çoxdur. Belə ki, ötən ilin ilk 7 ayı ərzində isə Gürcüstan Azərbaycana ixrac etdiyi məhsulun dəyəri 121 768,6 min dollara bərabər olub.

Beləliklə, hesabat dövründə Gürcüstanın avtomobil ixracının 61,5%-i Azərbaycanın payına düşüb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020