Əsas səhifəÖlkəİrandan Azərbaycana yığılmaq üçün gətirilən - Avtomobil Hissələri Ucuzlaşıb
PAYLAŞ

İrandan Azərbaycana yığılmaq üçün gətirilən - Avtomobil Hissələri Ucuzlaşıb

Ölkə 21 Avqust 2020 10:09 1874

Azərbaycana İran İslam Respublikasından daxil avtomobil hissələrinin həcmi kəskin düşüb.

Avtoyol.az Banker.az-a istinadən xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində ölkəmizə  381.4 ton həcmində avtomobil hissəsi daxil olub ki, bunun idxal dəyəri 2 079.85 min ABŞ dolları olması deməkdir.

Cari ilin ilk yarımilliyində Azərbaycana 672 ədəd minik avtomobili kuzovu gətirilib. Bunun da idxal dəyəri 732.57 min ABŞ dolları olması deməkdir. Məsələn, bu öncki ildə 1 008 ədəd avtomobil kuzovu daxil olmuşdu, bunun da idxal dəyəri 1 111.89 min dollar olması deməkdir.

2020-ci ildə kuzovun hər biri Azərbaycana ortalama 1 090 dollara başa gəlib. 2019-cu ildə isə bu 1 103 dollar idi.

Bildiyimiz kimi, İranın “Khodro” avtomobil zavodu Azərbaycanla (Azərmaş ASC) birgə Neftçalada benzinlə çalışan “Khazar” markalı avtomobillər istehsal edirlər. Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-iyun ayları üzrə göstəricisinə görə Azərbaycanda 873 ədəd minik avtomobili istehsal edilib. Bu da öncəki illə müqayisədə 21.5% azalma olması deməkdir.

Azərbaycanın İrandan idxal etdiyi avtomobil hissələrinin həcmi öncəki ilin eyni dövründə 863.94   ton və ya 4,956.12 min ABŞ dolları həcmində avtomobil hissəsi idxal olunmuşdu. Yəni, 2.4 dəfə illik müqayisədə az olması deməkdir.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020