Əsas səhifəÖlkəAzərbaycanda koronavirusa görə avtomobil istehsalı - 18% Azalıb
PAYLAŞ

Azərbaycanda koronavirusa görə avtomobil istehsalı - 18% Azalıb

Ölkə 21 Avqust 2020 13:12 1479

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 074 ədəd minik avtomobili istehsal olunub.


Avtoyol.az APA-ya istinadla xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə yeddi ayda ölkədə minik avtomobillərinin istehsalı 17,6% azalıb. Avqustun 1-nə anbarlarda 143 ədəd hazır məhsul ehtiyatı qalıb.

Bundan başqa, hesabat dövründə Azərbaycanda 105 ədəd traktor istehsal olunub ki, bu da ötən ilin yanvar-iyulu ilə müqayisədə 86,7% azdır. Avqustun 1-nə anbarlarda 218 ədəd hazır məhsul ehtiyatı qalıb.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında Azərbaycana 27 792 ədəd avtomobil idxal olunub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur.

Xatırladaq ki, minik avtomobilləri və traktorların istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır. Belə ki, cari ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılıb və hələ bərpa olunmayıb. 


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020