Əsas səhifəÖlkəAzərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb
PAYLAŞ

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Ölkə 21 Avqust 2020 16:17 1589

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 65,3 mln. ton yük, 700 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 21,5% və 28,8% azalıb.

Məlumata əsasən, hesabat dövründə sərnişinlərin 96,2% avtobus, 3,8% isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 35,8%, sərnişin dövriyyəsi isə 24,9% azalıb.


MƏNBƏ: avtoyol.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020