Əsas səhifəNəqliyyatƏliyar Əliyev küçəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib
PAYLAŞ

Əliyar Əliyev küçəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib

Nəqliyyat 21 Avqust 2020 10:00 1956

Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib. Vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib.

✔️Layihəyə əsasən kəsişmədə yerləşən dairə ləğv edilib;

✔️Nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə kanallaşdırılıb;

✔️Körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib;

✔️Ərazidə müvafiq yol nişanları quraşdırılıb.

Dəyişiklik ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması ilə yanaşı, sürücülərin lüzumsuz qayda pozmalarının da qarşısını almağa imkan verəcək.

Sürücülərə hərəkətin yenidən təşkili ilə bağlı daha diqqətli olmalarını və qaydalara riayət etmələrini tövsiyə edirik.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020