Williams komandası bu gün verdiyi açıqlamada bildirib ki, səhmlərini Dorilton Capital firmasına satıblar.
Bildirək ki, komandanın adı və bazası dəyişməz olaraq qalacaq.
Avtoyol.az F-1.az-a istinad edərək xəbər verir ki, britaniyalılar son 3 mövsümdə turnir cədvəlinin zirzəmisindən qurtula bilmirlər. Komanda may ayında titul sponsoru olan RokİT-i də itirimişdi.
Kler Uilyams
: “Uzun proses olsa da, həm Williams-ın, həm də Formula1-in dəyəri isbatlandı. Artıq komandanım sahibi Dorilton Capital şirkətidir və buna görə də qürurluyuq. Biz komandanı satmaq istəyərkən bizim potensialımıza bələd olan və inkişafımıza kömək edəcək şirkət axtarırdıq. Dorilton-da bunu tapdıq.
Biz bir ailə olaraq komandanı həmişə ön plana qoyduq. Komandanı yenidən gücləndirmək və bu proses zamanı dostlarımızı qorumağı qarşımıza məqsəd qoymuşduq. Düzdür Williams artıq bir ailə tərəfindən idarə olunmayacaq və bir dövr sona çatır, amma komanda artıq əmin əllərdədir. Bu satışa görə komandanın gələcəyi qurtulur. Bizə inandıqları üçün Dorilton-a minnətdarıq və onlarla işləməyi səbirsizliklə gözləyirik”
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər