Əsas səhifəNəqliyyatBNA tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir
PAYLAŞ

BNA tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir

Nəqliyyat 21 Avqust 2020 17:03 1645

Bakı Nəqliyyat Agentliyi tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir. Bu çərçivədə Rəşid Behbudov küçəsinin 28 may və Dilarə Əliyeva küçələrinin kəsişmələrində yol nişanlanma işləri həyata keçirilib.

Məqsəd yol kəsişmələrində nəqliyyat vasitələrinin tıxanmasının və yollarda nəqliyyat sıxlığının qarşısını almaq, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır. 

Ötən il ərzində Bakı şəhərinin problemli 15 yol kəsişməsində sarı kəsişmə toru təşkil edilmişdir. Ümumilikdə isə 74 yol kəsişməsində sarı torların təşkili nəzərdə tutulub.

Qeyd edək ki, bu axşam daha iki yolayrıcında - Puşkin küçəsinin Nizami və Xaqani küçələri ilə kəsişmələrində sarı kəsişmə torunun təşkili işləri icra ediləcəkdir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020