Əsas səhifəMaraqlı"Atlı Piyadaya yoldaş deyil"
PAYLAŞ

"Atlı Piyadaya yoldaş deyil"

Maraqlı 22 Avqust 2020 16:27 1036

Sürücülərlə piyadalar arasında daim xoş olmayan münasibət olub, olacaq da. Hətta avtomobillərin olmadığı vaxtlarda belə bir deyim var idi: “atlı piyadaya yoldaş deyil”. Bu gün yollarımızda maşınlar piyadalardan daha çoxdur və köhnə deyim də tam yerinə düşür.

Piyadalar çox vaxt özlərini avtomobilin təkərlərinin altına atmağa can atır, həm də bunu şüursuz vəziyyətdə edir. Bəzən elə piyadalar da olur ki, bahalı avtomobillər görən kimi piyada keçidini öz qanuni üstünlüyündən istifadə edərək, özündən razı təbəssümlə avtomobilin sürücüsünün üzünə baxaraq, nümayişkaranə, çox kiçik addımlarla, yavaş-yavaş keçirlər.

Hər bir sürücü ilk öncə piyada olur, daha sonra isə sürücü. Belə çıxır ki, sürücü və piyada - bu eyni medalın iki xüsusi tərəfidir. Lakin avtomobil sürənlərlə piyadalar arasında dəfedilməz maneə var.

Məktəb vaxtından uşaqlara düzgün yol hərəkəti qaydaları haqqında məlumat verilir. Avtomobil idarə etməyən biri yol hərəkəti qaydalarına riayət etməyin nə dərəcədə vacib olduğunun əhəmiyyətini yüzdə yüz dərk edə bilməz. Məlum olduğu kimi, ən ciddi qayda pozuntuları da bir dəfə də olsun sükan arxasına əyləşməyən piyada tərəfindən edilir.

 ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, piyada nizamlanmayan, yəni nizamlayıcının olmadığı, işıqforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və işıqforun siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər. Bu gün respublikamızın avtomobil yollarında, xüsusilə də paytaxtda baş verən piyadavurma hadisələrinin başlıca səbəbi piyadalar tərəfindən bu qaydaların kütləvi halda pozulmasıdır."

İndi isə bir neçə tip piyadanı nəzərdən keçirək:
Birinci tip - ən təhlükəlisi – bunlar uşaqlardır. Onların necə hərəkət edəcəyini qabaqcadan bilmək olmur və onlar tamamilə diqqətsizdirlər. Boyu avtomobildən balaca uşaqlar daha çox təhlükə yaradırlar. Belə ki, toqquşma anına kimi sürücü uşağı görmür.

İkinci tip – təhlükəsi heç də az olmayan – yeniyetmələrdir. Qaynayan hormonlar və qulaqcıqlardakı yüksək səsli musiqi onları tamamilə diqqətsiz, qorxusuz və aqressiv edir. Yaxşı ki, onları yolda toqquşmadan qabaq görmək ehtimalı daha çoxdur.

Üçüncü tip – qocalar və əlillər. Ən çox təhlükəni kəndlərdən gələn nənələr və babalar yaradır. Yol hərəkəti qaydalarına adaptasiya olunmaq onlar üçün çox çətindir. Onlar istənilən yerdə yolu keçirlər. Hətta, qadağan olunan yerlərdə də.

Dördüncü tip – dəbli geyinənlər. Cazibədar xanımlar şəhərimizdə çoxdur. Bəziləri təzə geyim aldıqda, piyada keçidlərində nazla yeriyib özlərini göstərməyi sevirlər. Və bununla da cavan sürücülərin diqqətini dağıtmış olurlar. Bu zaman sürücü yolu keçən digər piyadanı görməyə bilər.

Beşinci tip - bəxtsizlər. Onlar haqqında demək olar ki, hər gün xəbərlərdə danışırlar. Onları anlamaq mümkün deyil. Bu insanlar əlçatmaz ideallara və paxıllığa görə həyatla risk edirlər. Bahalı avtomobil sahibləri yad olan birinin ölümü üçün cəza çəkiblər.

Altıncı tip - əyyaşlardır. Sərxoşun, necə deyərlər, dünya-aləm vecinə deyil. Demək olar ki, çox vaxt yeyib-içdiyi restorandan çıxaraq fikir vermədən özünü yola atırlar. Və onların bir çoxu yolu qaçıb keçərkən, sürətlə sürən avtomobillərin qurbanı olurlar.

Yeddinci tip - evsizlər. Bu insanların itirəcəyi heç nə yoxdur. Onlardan bəziləri maşının altına xüsusi olaraq atılırlar. Ümid edirlər ki, özlərini ilişdirə biləcəklər və bununla da pul qazanacaqlar.

MƏNBƏ: avtomobil.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020